“Mançester Siti”nin futbolçusunun evi qarət edilib

“Mançester Siti”nin vingeri Cek Qrilişin evinə oğrular girib. 

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, hadisə dekabrın 27-də, Premyer Liqanın 19-cu turunun “Everton” – “Mançester Siti” matçı zamanı (1:3) olub.

Qrilişin 10 nəfərə yaxın qohumu bu oyuna baxarkən yuxarı mərtəbədə səs-küy və itlərin hürməsini eşidiblər. Ailə dərhal polis çağırıb. Girov vəziyyətindən qorxaraq hadisə yerinə helikopterlə gələn polis havadan da axtarış aparıb. Buna baxmayaraq, qarətçilər içəri girməyi və bir milyon funt-sterlinq dəyərində saat, zinət əşyaları oğurlamağı bacarıblar. Daha sonra onlar qaçıblar.

Ətrafda axtarışların aparıldığı, lakin şübhəlilərin izlərinə rast gəlinmədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button