Rusiyalı mütəxəssis “Neftçi”nin futbolçusu ilə münaqişədən danışıb

“Pari NN”-nin baş məşqçisi Sergey Yuran “Neftçi”nin futbolçusu Reziuan Mirzovun “Çempionat”-a müsahibəsində dediklərini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir, Yuran məşq prosesində zarafatları sevmədiyini bildirib:

“Məşq prosesində o gördü ki, mən Sadıqovu CSKA-ya qarşı oynatmağı planlaşdırıram. Cinahda isə Mirzov ilk dəqiqələrdən Bojenov və ya Lomovitskini sınamağımı istəyirdi. İkitərəfli komandaları dəyişdim və müxtəlif kombinasiyalara baxdım. Həmişə demişəm ki, zarafatları və komandada xoş ab-havanı sevirəm, amma məşq prosesində yox. Və o, görünür, narazılığını göstərmək qərarına gəldi – qapını təpiklə vurdu. Onu məşqdən qovdum. Çünki heç kimin özünü belə aparmağa haqqı yoxdur.

O, narazı qalıb getdi. Mən onu yarışa belə, aparmadım. Sadıqov isə ilk hissədə meydana çıxıb qol vurdu, 4:2 hesablı qələbə qazandıq. Bu o deməkdir ki, mənim qərarım düzgün idi. Sonra görünür, Mirzov səhv etdiyini başa düşdü və biz işimizi davam etdirdik. Narazılığınızı evdə – həyat yoldaşınıza, valideynlərinizə göstərə bilərsiz, amma mənə ehtiyac yoxdur. Mən belə şeyləri qətiyyən qəbul etmirəm”.

Son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. Yuran da daha əvvəl “Ximki”nin “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button