Avstriyada ilin futbolçusu açıqlanıb

“Real”ın müdafiəçisi David Alaba Avstriyada ilin futbolçusu seçilib. 

Komanda.az xəbər verir ki, bu barədə Avstriya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Bu mükafat 31 yaşlı futbolçu üçün 10-cu, ardıcıl dördüncüdür. Bu il Alaba nominasiyada Konrad Laimer (Bayern), Kristof Baumqartner və Nikolas Seyvaldı (hər ikisi “Leyptsiq”) geridə qoyub.

Alaba 2021-ci ilin yayında azad agent kimi “Bayern”dən “Real”a keçib. Bu mövsüm o, “kral klubu”nun heyətində bütün yarışlarda 16 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button