“Avropa çempionatında olmayacam” – “Real”ın qapıçısı

Belçika millisi AÇ-2024-ün oyunlarına ciddi itki ilə çıxacaq.

Komanda.az “Sporza”-ya istinadən xəbər verir ki, əsas qapıçı Tibo Kurtua yığmaya kömək edə bilməyəcək. Mövsümün əvvəlində diz bağları qopan “Real”ın qolkiperi açıqlamasında bildirib ki, Avropa çempionatına hazır olmayacaq:

“Zədəyə görə Avropa çempionatında olmayacam. Əvvəlcə yüz faiz bərpa olunmalıyam. Ona görə də, sıraya dönmə tarixini təyin etməmək daha yaxşıdır. Qismət olsa, may ayında oynaya biləcəm. Amma hər halda, böyük turnirdə çıxış edə bilməyəcəm”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button