Bu, ilk dəfə La Liqada baş verəcək!
İspaniya La Liqasının oyunlarından sonra meydanda olan hakimlərlə VAR-da əyləşənlər arasındakı söhbət ictimaiyyətə təqdim olunacaq.
Komanda.az xəbər verir ki, La Liqa rəhbərliyi bu barədə İspaniya Kral Futbol Federasiyası ilə razılıq əldə edib.
Bildirilir ki, bu dialoqlar hər turdan sonra dərc ediləcək. Bu təcrübə ilk dəfə gələn il yanvarın 14-də sınaqdan keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin