Mourinyo gələcəyi ilə bağlı qərarını verib
“Roma”nın baş məşqçisi Joze Mourinyo klubda qalmaq istədiyini bildirib. O, bu arzusunu ilk dəfə açıq elan edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yeni müqavilə imzalayarkən rəhbərliklə maliyyə feyr-pleyinin məhdudlaşdırılması məsələlərini müzakirə edəcək:
“Roma”da işləməyə davam etmək istəyirəm. Klubda qalsam, bizdə olan maliyyə feyr-pley məhdudiyyətləri barədə ciddi düşünməli olacağıq”.
Mourunyo hesab edir ki, gənc futbolçularla işləmək və onlara bir az şans vermək daha yaxşıdır.
O, 2021-ci ilin yayından komandaya rəhbərlik edir. Onun “Roma” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin