“Mançester Yunayted” daha balanslı olmalıdır” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bayern”ə məğlubiyyətini (0:1) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü belə matçlarda daha balanslı oyun göstərmək lazım olduğunu bildirib:

“Mançester Yunayted” çox inamlı və yaxşı oyun nümayiş etdirən, bu səviyyədə oynamaq təcrübəsi olan “Bayern”ə qarşı oynadı. Belə bir matçda çox erkən açılsaz və hücuma başlasaz, buna görə cəzalandırılacaqsız. “Mançester Yunayted” daha balanslı olmalıdır”.

“Qırmızı şeytanlar” 4 xalla A qrupunu sonuncu pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button