“Bu “Jirona” indiyə qədər gördüyüm ən yaxşısıdır” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 16-cı turunun “Jirona” ilə oyununu (2:4) şərh edib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, rəqib komandanın çıxışını yüksək dəyərləndirib:
“Jirona”nın etdikləri böyük nailiyyət idi. Onlar liderdirlər, bu gün daha yaxşıdılar. Onlar bizdən 7 xal öndədirlər və buna layiqdirlər. Oyun bərabər keçdi, hər şeyi detallar həll etdi. “Barselona”nın qələbəsi də ədalətli olardı. Biz qapıya 31 dəfə zərbə endirdik.
Müdafiədəki səhvlər də bizə təsir etdi. Bu, ağır zərbədir. Biz fərqi aradan qaldırmaq istəyirdik. İki addım irəli getmək üçün bir addım geri atmaq lazımdır. Oyun pis keçmədi, amma çox pis nəticə əldə etdik. Bu “Jirona” indiyə qədər gördüyüm ən yaxşısıdır. Onlar cəsarətlidirlər”.
Bu görüşdən sonra 41 xalla “Jirona” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Barselona” 34 xalla dördüncü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin