Hoqmo: “Qarabağ”la oyundan sonra “Hakken”dən ayrılacam”
“Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, norveçli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçiriləcək görüşün onun “Hakken” karyerasında son qarşılaşma olacağını bildirib:
“Qarabağ”la oyundan sonra “Hakken”dən ayrılacam. ”Hakken”lə iki il yarımlıq səyahətin bir hissəsi olduğum üçün minnətdaram. Həyatınızda yeni səhifə açmaq hər zaman qarışıq hisslərlə olur. Bu müddətdə “Hakken”də olmaqdan hədsiz sevinc hiss edirəm”.
64 yaşlı mütəxəssis Asiya Çempionlar Liqasının son qalibi olan Yaponiya klubu “Urava Red Diamonds”un “sükanı arxası”na keçəcək:
“Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
Bizi Facebook-da izləyin