Luis Suaresdən göz yaşları içində vida

“Qremio”nun hücumçusu Luis Suares klubun azarkeşləri ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, uruqvaylı forvard ötən gün keçirilən son ev oyunundan sonra meydanı göz yaşları içində tərk edib.

Onun “İnter Mayami”yə keçəcəyin gözlənilir. Burada onun ən yaxın dostlarından olan Lionel Messi çıxış edir.

Suaresin ABŞ klubu ilə razılğa gədliyi və 1 illik müqavilə imzalayacağı bildirilib.

“İnter Mayami”də sabiq “Barselona”lılardan Messi ilə yanaşı, Serxio Buskets və Jordi Alba da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button