İspaniya klubunda yeni müqavilə
“Atletik” hücumçusu Niko Uilyamsla yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Uilyams “Atletik”in yetirməsidir. O, bu mövsüm Bilbao təmsilçisində 11 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin