“Atletiko”nun keçmiş futbolçusu karyerasını bitirir
“Atletiko”nun və “Çelsi”nin keçmiş futbolçusu Felipe Luis karyerasını bitirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Flamenqo”nun braziliyalı müdafiəçisi açıqlama verərək, sabah “San Paulo” ilə keçiriləcək matçın onun üçün sonuncu olacağını deyib.
38 yaşlı futbolçu karyerasını məşqçi kimi davam etdirəcəyini bildirib.
Braziliya millisinin keçmiş üzvü 2019-cu ildən “Flamenqo”da oynayırdı. O, Avropada “Deportivo”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin