Serxio Ramosdan “qırmızı” rekord

“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya çempionatının 14-cü turunun “Real Sosyedad”la oyununda (1:2) qırmızı vərəqə alıb.

Komanda.az “ITASportPress” nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu La Liqada keçirdiyi bütün müddət ərzində 21-ci qırmızı vərəqə alıb ki, bu da liqa rekordudur.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. 2022/2023 mövsümündə o, PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button