“Qarabağ”ın rəqibi milli komandanın futbolçusu ilə gücləndi

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, son ölkə çempionu “Kastrioti” klubundan Julian Şehunu transfer edib. Bu barədə Albaniya mətbuatı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçinin keçidinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

21 yaşadək futbolçulardan ibarət Albaniya millisinin də formasını geyinən Şehu, son mövsümdə “Kastrioti”nin heyətində 31 oyuna çıxıb və 4 qol vurub. Onun transfer dəyəri 125 min avrodur.

“Qarabağ”la “Partizani” arasında ilk oyun iyulun 10-da Albaniyada olacaq və saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button