“Zenit”in 2 futbolçusu “Neftçi” ilə matçda olmayacaq

“Zenit”in iki futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.

Komanda.az “Sport-Express”-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

O, kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən Bakıdakı qarşılaşmada iştirak etməyəcəyini deyib:

“Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur”.

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın “Neftçi” ilə matçda hücum xəttində oynaya biləcəyini bildirib.

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button