Abışov üçün vida matçı

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

Komanda.az xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda “Zenit”ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button