“Mançester Yunayted”in futbolçusu qərarını verib

“Mançester Yunayted”in vingeri Antoni klubda qalacaq.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun “Flamenqo”ya transferi ehtimal edilirdi. Lakin o, buna razı olmayıb. Antoni “Mançester Yunayted”də qalaraq əsas heyət uğrunda mübarizə aparmaq niyyətində olduğunu rəhbərliyə bildirib.

23 yaşlı futbolçu “Sao Paolo”, “Ayaks”da oynadıqdan sonra 2022-ci ildə “qırmızı şeytanla”a keçib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button