Azərbaycan cüdoçuları 7 medal qazanıblar

Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən 2-ci Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar.

Komanda.az xəbər verir ki, milli üzvləri 2 qızıl, 1 gümüş, 4 bürünc medala yiyələniblər.

Südabə Ağayeva (70 kq) və Camal Feyziyev (+100 kq) Universiadanın qalibi olublar. Elnarə Rəşidova (+78) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İlkin Baxşəliyev (100 kq) və Nihad Şıxəlizadə (90 kq) isə üçüncü yeri tutublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button