“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı” – “Qarabağ”ın prezidenti
“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanovun “Jean Borotra World Fair Play Career” mükafatına layiq görülməsinə münasibət bildirərkən deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında 51 yaşlı mütəxəssisi təbrik edib:
“Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri artıq bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.
Klub rəhbəri “Qarabağ” və Qurban Qurbanovun mənəvi baxışlarının üst-üstə düşdüyünü vurğulayıb:
“Bu, eyni zamanda, “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.
Bizi Facebook-da izləyin