Klubu ilə danışıqları təxirə salıb

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubu ilə yeni müqavilə üçün danışıqları təxirə salıb.

Komanda.az “Bild”-ə isitnadən xəbər verir ki, almaniyalı futbolçu gələcəkdə komandada əsas oyunçu rolunu alacağına əmin olmadığı üçün Münhen təmsilçisi ilə müqaviləsini yeniləməyə tələsmir.

“Bayern” uzun müddətdir ki, Musiala ilə müqaviləni uzatmaq istəyirdi. Bununla əlaqədar aprel ayında futbolçunun nümayəndələri ilə görüş olub, lakin danışıqlar prosesi dayandırılıb. Bildirilir ki, hazırda Musiala və ətrafı “Bayern”in layihəsinin necə inkişaf edəcəyini görmək və 20 yaşlı futbolçunun burada əsas rol oynayıb-oynamayacağını anlamaq istəyir.

Musiala bu mövsüm bütün turnirlərdə 8 oyunda iştirak edib və 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button