“Azərbaycan səviyyə baxımından bizə ən yaxındır” – Tomas Heberli

Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığması ilə Tallində keçirəcəkləri F qrupunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz optimistik, eyni zamanda realist olmalıyıq. Azərbaycan səviyyə baxımından bizə ən yaxındır və bu, təbii ki, oyunu vacib edir. Biz həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq.

İyunda Bakıda keçirilən oyundakı heç-heçədən (1:1) nəyi götürə bilərik? Fikrimcə, biz orada yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki və emosional komandası var, onların oyunçuları yaxşı səviyyədə oynayır. Amma bizim də yaxşı komandamız var – fərqli, lakin yaxşı. Oyuna nəzarət etməyi bacarmalıyıq, baxmayaraq ki, onlar topa oynamağı sevirlər – İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib idilər və bu, onlar haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button