“Yayda çox adam haqqımda danışırdı, mən susurdum” – Lukaku
“Roma”nın hücumçusu Romelu Lukaku yeni komandasındakı çıxışı haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı forvard “Kalyari” üzərində qazandıqları qələbədən (4:1) söz açıb:
“Mənim formamın sirri nədir? Mən peşəkaram. Yayda çox adam haqqımda danışırdı, mən susurdum. Əvəzində komanda üçün nə edə biləcəyimi meydanda göstərirəm. Qələbə qazandığımız üçün şadıq, eyni ruhda davam etməliyik”.
Belçikalı futbolçu bu yay “Çelsi”dən “Roma”ya keçib. O, bu mövsüm bütün yarışlarda 8 oyuna çıxıb və 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin