“Mançester Yunayted” tənqid edildi – “Biabırçılıq!”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə klubunun Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”a məğlubiyyətindən (2:3) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın çıxışını biabırçılıq kimi qiymətləndirib:

“Qalatasaray”a “kredit” vermək lazımdır, fürsət düşdükcə “Mançester Yunayted”i cəzalandırdılar. Bir dəqiqəliyə komanda potensialını və müsbət bir şey göstərir, amma sonra dərhal başımı tuturam. Bu komandada təşkilati işlər yoxdur.

Biabırçılıq! Bu, Çempionlar Liqasıdır. Təhlükə, boşluq hiss etmirsizsə, cəzalandırılacaqsız, “Qalatasaray”la matçda gördüyümüz kimi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button