Mahir Emreli rəmzi komandaya düşdü – FOTO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında 9-cu turun rəmzi komandasına düşüb.

Komanda.az “Sofascore”-yə istinadən xəbər verir ki, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.

Mahirin çıxışı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. O, qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 ötürmə sayəsində 8,6 xala layiq görülüb.

“Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button