“Barselona”da ağır itki

İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş verib.

Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) zədələnib. Topuğundan xəsarət alan 26 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Niderlandlı futbolçu 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçib, meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button