Perişiç üçün mövsüm erkən bitdi
Xorvatiya millisinin və İngiltərənin “Tottenhem” klubunun futbolçusu İvan Perişiç üçün mövsüm erkən başa çatıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna 34 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. Ulduz futbolçunun məşq zamanı sağ dizinin ön çarpaz bağının yırtıldığı aşkarlanıb. Tezliklə əməliyyat olunacaq Perişiç mövsümün qalan hissəsini bərpa prosesinə həsr edəcək.
Perişiç bu mövsüm “Tottenhem”in heyətində keçirdiyi 6 oyunda 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin