Şikayətini geri götürdü – Braziliyalı futbolçunu ittiham edənlərdən biri

“Mançester Yunayted”in hücumçusu Antonini zorakılıqda ittiham edən üç qızdan biri şikayətini geri götürüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qız 2022-ci ilin mayında Antoninin ona hücum etdiyini bildirən Raissa de Freitasdır. Raissa avtomobildə olduğunu və braziliyalı oyunçu Dudunun keçmiş həyat yoldaşı Antoni və Mallu Ohana tərəfindən hücuma məruz qaldığını bildirib. Bu hadisə gecə klubunu tərk etdikdən sonra baş verib.

Daha əvvəl 23 yaşlı futbolçu keçmiş sevgilisi Qabriela Kavallinə hücum etməkdə ittiham olunub. “Mançester Yunayted” onu bu səbəbdən komandadan kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button