Azərbaycan qılıncoynadanları Antalyada hazırlıq keçirlər
Qılıncoynatmanın sablya növü üzrə qadınların ibarət Azərbaycan milli komandasının üzvləri Səbinə Kərimova, Zərifə Hüseynova, Sevil Bünyatova, Palina Kaspiaroviç, Valeriya Bolşakova və şpaqaçımız Ruslan Həsənov sentyabrın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Komanda.az xəbər verir ki, təlim-məşq toplanışı ayın 21-nə kimi davam edəcək.
Bu toplanış 21-25 sentyabrda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək “Satellite” turnirinə hazırlıq xarakteri daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin