“Qrupda şanslarımız yarı-yarıyadır” – Borisov
Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsindəki şanslarını dəyərləndirib.
Komanda.az xəbər verir ki, baş məşqçi jurnalistlərə açıqlamasında heyətlə bağlı ciddi problem yaşamadıqlarını bildirib:
“Məşq posesi yaxşı keçir. Xaricdə çıxış edən legionerlər iki gün əvvəl komandaya qoşulublar. Yalnız 1-2 nəfərdə xırda problemlər var. Ancaq oyuna kimi onlar da hazır olacaqlar. Bu gün axşam səfərə çıxacağıq. Vətənə uğurlu nəticə ilə qayıtmaq fikrindəyik.
Rəqibləri təhlil etmişik. Rumıniyanın son dörd matçını izləmişik. Taktikalarına nəzər yetirdik, fikirlərimizi uşaqlara çatdırdıq. Onların necə müdafiə olunduqları, pressinq etdikləri barədə hazırlanan videoları ora çatanda göstərəcəyik. İkinci rəqibimiz Niderland yığmasına isə ətraflı baxmamışıq. Müəyyən məlumatlarımız var. Məşqçilərini yaxşı tanıyırıq, onunla bir yerdə işləmişik, Rusiyada məşqçim olub.
Millidəki debütümün uğurlu olmasını istəyirəm. İlk görüşdə də yaxşı nəticə qazanmaq niyyətindəyik. Komandada əhvali-ruhiyyə yüksək səviyyədədir”.
Sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan millisi beş gün sonra Bakıda Niderland yığmasını qəbul edəcək.
Bizi Facebook-da izləyin