Millinin oyununu buraxa bilər – Uşağa görə
Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Süle Almaniya millisinin Fransa ilə yoldaşlıq oyununda iştirak etməyə bilər.
Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu millidən ayrılıb. Yaxın vaxtlarda onun ikinci övladı dünyaya gələcək.
Hazırda futbolçunun Fransa yığması ilə görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.
Almaniya – Fransa oyunu sentyabrın 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin