Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlandı
Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.
İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.
Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”)
Sentyabrın 15-də Rumıniya seçməsinin qonağı olacaq Azərbaycan komandası beş gün sonra Niderlandı qəbul edəcək.
Bizi Facebook-da izləyin