Çempionlar Liqası: “Zirə” finala yüksələ bilmədi

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun “Sabornoq Xrama” klubuna məğlub olub. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq.

Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button