Azərbaycan millisinin 3 oyunçusu iştirak ərizəsinə daxil edilməyib

Azərbaycan millisinin 3 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunda komandadan kənarda qalıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.

Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Azərbaycan – Belçika görüşü saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button