“İlk qolu yaxşı vaxtda vurduq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqasının 4-cü turunda səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“O qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. O, komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın. Oyuna gəlincə, bilirik ki, “Turan Tovuz” güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Başlanğıcdayıq. Əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq.
Tam başqa şey fikirləşmişdim. İlk yarıda daha çox güc sərf edib ikinci hissədə taktiki cəhətdən doğru oynamaq istəyirdik. İlk qolu yaxşı vaxtda vurduq.
Ağabala Ramazanovun ehtiyatda olması bu oyunun bir hissəsidir. Qomisi də start heyətdə buraxmaq istəmirdim. Onlar driblinq edən, fərdi olaraq yaxşı keyfiyətlərə malik futbolçulardır. İstəyirdim ki, ikinci hissədə Ağabaladan yararlanım”.
Bizi Facebook-da izləyin