Serbiya yığması baş məşqçisiz qaldı

Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Mladen Krstayiç istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub. Serbiya yığması keçirdiyi üç oyunda cəmi 4 xal qazana bilib. Amma yığmanın xüsusilə Ukrayna ilə səfər oyununda biabırçı məğlubiyyəti Krstayiç üçün bağışlanmaz olub.

Federasiyanın yaydığı məlumatda o da bildirilir ki, millinin yeni baş məşqçisi iyulun 10-na qədər elan olunacaq.

Krstayiç 2017-ci ilin oktyabr ayından Serbiya yığmasını çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button