Azərbaycanlı futbolçu qol vurdu, “Arda” qalib gəldi
Bolqarıstanın “Arda” komandası bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun komandası Bolqarıstan çempionatının digər təmsilçisi “Etar”la qarşılaşıb.
“Arda” bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. 20 yaşlı müdafiəçi bu görüşə start heyətdə başlayıb. Komandasının ilk qolunu da 21-ci dəqiqədə Cəlal vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin