“Milan”dan La Liqa klubuna – Rəsmi
“Milan”ın futbolçusu Matteo Qabbiya karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Vilyarreal”a icarəyə verilib.
Onun müqaviləsinin müddəti 2024-cü ilə qədər nəzərdə tutulub.
Qabbiya “Milan”ın yetirməsidir. O, ötən mövsüm 17 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin