“Mançester Yunayted”lə Çempionlar Liqasını qazanacağıma ümid edirəm”

“İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanacağına ümid etdiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu qapıçı “qırmızı şeytanlar”ın azarkeşlərinin buna layiq olduğunu deyib:

“İnter” Çempionlar Liqasını qazanmağa yaxın idi, biz buna layiq idik. İndi “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanacağıma ümid edirəm. Bütün azarkeşlər buna layiqdir. Və əlbəttə ki, yeni komanda yoldaşlarımla çoxlu kuboklar qazanmaq istəyirəm”.

“Qırmızı şeytanlar” hələ ki, 27 yaşlı qolkiperin transferini açıqlamayıb. Onun bu gün tibbi müayinədən keçəcəyi bildirilirdi. Artıq İngiltərə klubu futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button