Remzi “Nitsa”nı sabiq klubuna dəyişdi
Uelsli yarımmüdafiəçi Aaron Remzi “Nitsa”dan ayrılıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Remzi 2022-ci ilin yayında Liqa 1 klubuna transfer olunmuşdu. O, ötən mövsüm bu komandanın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.
“Nitsa”dan ayrılan Remzi sabiq klubu “Kardiff Siti”yə keçib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Uels millisinin üzvü “Kardiff Siti”nin yetirməsidir. O, 2007-ci ildə bu klubda debüt edib və “Kardiff Siti” tarixində ən gənc oyunçu (16 yaş 123 gündə) olub.
Remzi karyerası ərzində “Nottingem Forest”, “Arsenal”, “Yuventus” və “Reyncers”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin