“Mənim haqqımda yalan xəbərlər yaymağı dayandırın!”

“Bolonya”nın hücumçusu Marko Arnautoviç sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, hazırda zədəli olmadığını söyləyib:

“Mənim haqqımda yalan xəbərlər yaymağı dayandırın! Zədəli deyiləm. Səhhətimdə problem hiss etmirəm. Formadayam və yeni mövsümə hazırlaşıram”.

Xatırladaq ki, öncədən mətbuatda onun sağ ayağında problemlərin olduğu haqda xəbər yayılmışdı.

Avstriyalı forvard 2022/23 mövsümündə “Bolonya”nın heyətində bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button