Emin Mahmudovdan karyerası ilə bağlı QƏRAR
“Neftçi” ilə müqaviləsi başa çatan Emin Mahmudovun klubda qalmaqla bağlı qərar qəbul etdiyi deyilir.
Komanda.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın rəhbərliyi futbolçunu klubda qalmağa razı sala bilib. Bakı klubunun Mahmudova mövsümdə təxminən 400 min dollar qazanacağı 3 illik müqavilə təklif etdiyi, onun bununla razılaşdığı deyilir.
Baxmayaraq ki, Mahmudovun adı bir neçə ölkənin klubları ilə yanaşı çəkilirdi. Onun karyerasını davam etdirə biləcəyi ölkələr arasında Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cənubi Koreya da göstərilirdi.
Azərbaycan millisinin üzvü ilə ölkənin Premyer Liqa klublarından “Qarabağ”la “Sabah”ın maraqlandığı barədə məlumatlar da yayılmışdı. Xüsusən də, “Sabah”ın 31 yaşlı yarımmüdafiəçiyə “Neftçi”də qazandığından daha çox pul təklif etdiyi bildirilir.
Bizi Facebook-da izləyin