Ten Haq keçmiş futbolçusunu inandırıb – Transferinin baş tutacağına

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “İnter”in qapıçısı Andre Onananı danışıqların uğurlu olacağına inandırıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” kamerunlu futbolçunun transferinə nikbin baxırlar. Erik ten Haq şəxsən “Ayaks”da birlikdə çalışdığı qapıçıya “Mançester Yunayted”in onu almaq üçün hər şeyi edəcəyini deyib.

Onana üçün ilk rəsmi təklif bu həftənin əvvəlində verilə bilər. “İnter” futbolçusu üçün 60 milyon avro istəyir, “Mançester Yunayted” isə qarşı tərəfə 50 milyon avro və bonuslar təklif edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button