Avropa Oyunları: Taekvondoçumuz startda məğlub oldu
Bu gün Azərbaycanın daha bir taekvondoçusu – Cavad Ağayev də Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib.
Ağayev rəqibinə 1:2 hesabı ilə uduzub. Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı. Lakin o da 1/4 finalda uduzduğu üçün, Cavad üçün mübarizə başa çatıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan taekvondoçularından Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin