Milik “Yuventus”da qaldı

“Yuventus” Marsel “Olimpik”indən Arkadiuş Miliki birdəfəlik transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb.

Klub üç il ərzində 29 yaşlı hücumçu üçün 6,3 milyon avro təzminat ödəyəcək. Müəyyən şərtlər daxilində bonus olaraq daha 1,1 milyon ödənilə bilər.

Miliklə 2026-cı ilin iyunun sonuna qədər müqavilə imzalanıb.

Milik ötən mövsüm icarə əsasında oynadığı “Yuventus”da 39 oyuna çıxıb, 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button