“Sabah”dan ilk transfer

“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Daşdəmirov 2022/2023 mövsümündə Premyer Liqada 36 oyun keçirib, aktivinə 1 qol yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button