“İşimizin öhdəsindən gəldik” – Deşam

Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsinin üçüncü turunun Cəbəllütariqlə matçından sonra (3:0) açıqlama verib.

Komanda.az RMC-yə istinadən xəbər verir ki, o, çoxlu qol şansları yaratdıqlarını dilə gətirib:

“Məqsəd qələbə qazanmaq idi. İşimizin öhdəsindən gəldik. Rəqibin qapıçısı yaxşı qurtarışlar etsə də, daha çox qol vurmalıydıq. Həmişə daha yaxşı, sürətli, oynaya bilərik, amma meydança heç də yaxşı vəziyyətdə deyildi.

Cəbəllütariq millisi əlindən gələni etdi: onlar Yunanıstan və Niderlandla görüşlərdə olduğu kimi, yaxşı müdafiə olundular. Çoxlu qol şansları yaratdıq. Onlardan istifadə edə bilsəydik, nəticə fərqli ola bilərdi. Ümumiyyətlə, oyundan razı qaldım. İndi Yunanıstanla keçirəcəyimiz vacib matç barədə düşünməliyik”.

Fransa millisih hazırda B qrupunda 9 xalla birinci, Cəbəllütariq isə 0 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button