Millətlər Liqası: İspaniya da finala yüksəldi
Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nda ikinci finalçı məlum olub.
Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları üz-üzə gəlib.
Niderlandın Enshede şəhərindəki “Tvente stadionu”nda keçirilən oyunda qapılara üç qol vurulub. Yekunda sevinən tərəf ispanlar olub.
Beləliklə, İspaniya yığması finalda Xorvatiya millisinə rəqib olub.
Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.
UEFA Millətlər Liqası, “Dördlər finalı”
Yarımfinal
15 iyun
İspaniya – İtaliya 2:1
Qol: Pino, 3. Xoselu, 88 – İmmobile, 11.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, “Feyenoord Stadionu”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin