Stolüstü tennisçilər Avropa çempionatına qatılacaqlar
Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar.
Komanda.az xəbər verir ki, seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb.
Azərbaycan Xorvatiya sınaqlarında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrulmağa çalışacaq.
Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.
İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin