Təcavüzdə ittiham olunan Alveşin üçüncü müraciəti də qəbul edilməyib
Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin azadlığa buraxılması üçün edilən üçüncü müraciəti də qəbul etməyib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bununla da Barselona 15-ci Brifinq Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vəkilləri onun girov qarşılığında azadlığa buraxılacağı halda, qaçmayacağını, öz uşaqları ilə Barselona şəhərində yaşamaq istədiyini bildiriblər. Lakin məhkəmə qərarını dəyişməyib.
Xatırladaq ki, Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün saxlanılıb. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin