Dadaşov milliyə görə komandasının toplanışına gec qoşulacaq
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasının yeni mövsüm öncəsi yay təlim-məşq toplanışına gec qoşulacaq.
Komanda.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
Super Liqa təmsilçisi mövsümlərarası hazırlığa iyunun 19-da Bazeldə start verəcək. Lakin Dadaşov da daxil olmaqla, 4 oyunçu toplanışın ilk günlərində düşərgədə olmayacaq. Səbəb isə onların həmin vaxt üçün ölkələrinin milli komandalarına dəvət almasıdır.
Dadaşov da iyunun 17-də AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə “Dalğa Arena”da keçiriləcək oyunda Azərbaycan millisinin heyətində olacaq. Yığma üzvlərinə klubda əlavə bir neçə günlük istirahət veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin